Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
08:54
Rusiya Azərbaycana Xəzərdə birgə sualtı ekspedisiyalar təklif edib

Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna Xəzər dənizində birgə sualtı ekspedisiyalar aparmağı təklif edib.

Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev deyib.

İ.Əliyevin sözlərinə görə, sualtı arxeoloji ekspedisiyaların aparılması üçün böyük maliyyə vəsaiti və bu sahə üzrə mütəxəssislər lazımdır.

Ekspedisiya rəhbəri qeyd edib ki, bu il Azərbaycanda olan Rusiya Coğrafiya Cəmiyyətinin nümayəndələri də sualtı arxeoloji ekspedisiyaların aparılması üçün Azərbaycana texniki və kadr baxımından yardım göstərə biləcəklərini açıqlayıb:

"Onlar bu işi 2019-cu ilin planına daxil ediblər. Ekspedisiyanın Xəzərin Azərbaycan sektorunda aparılması nəzərdə tutulur".

Azərbaycanın da iştirakı ilə hələ 1968-ci ildə Xəzərdə sualtı arxeoloji ekspedisiyaların aparılmasına başlanıldığını xatırladan İ.Əliyev 1980-ci illərin sonlarında bu işin dayandığını söyləyib.

Onun sözlərinə görə, 2000-ci illərdə bu işə başlamaq üçün yenidən cəhdlər edilsə də, texniki və maliyyə baxımdan çətinliklərin olması səbəbindən ekspedisiyanı reallaşdıra bilməyiblər.

İ.Əliyev Xəzərin Azərbaycan sektorunda arxeoloji abidələrin çox olduğunu, bu səbəbdən də ekspedisiyalar aparılacağı təqdirdə çox sayda tarixi abidələrin üzə çıxmasının mümkünlüyünü söyləyib:

"Bilgəhdə Amburan adlanan yerdə qədim dövrlərdə liman olub. Səfəvilər dövründə və ondan daha əvvəl gəmilər oraya yan alıb, karvanlar oradan Bakıya, yaxud Şirvan yoluna çıxıblar. Pirallahı yaxınlığında da qədim liman, Zirə bağları deyilən ərazidə (Şəhri Gürgahda) şəhər tipli yaşayış yeri olub. İndi də böyük dalğalar olanda sahilə 10-15-ci əsrə aid saxsı qablar çıxır"./Trend

Məqalədə : ekspedisiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43023

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41348

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42917

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42422

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47948

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42359

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42743
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 17:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru