Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
09:19
Bu həftə 300-dən çox şəhid vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla davam edir.

FaktXeber.com-un verdiyi məlumata görə, artıq 281 vərəsədən 150-dən çoxu ödəmə ilə təmin olunub. Bundan başqa, əlavə sığorta ödənişinin verilməsinə dair məhkəmə aktı olan daha 471 vərəsənin hesabına birdəfəlik ödəniş edilib. Bu həftə daha 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödənişlərin edilməsi nəzərdə tutulub.

Şəffaflığın həyata keçirilməsi üçün qaydalar da hazırlanıb. Bunun üçün vərəsələr şəhidlik statusunun tanınmasına dair bütün sənədləri yalnız “ASAN xidmət”ə təqdim edirlər. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də vətəndaşı əlavə əziyyətlərdən xilas edir. Ödəmələr vərəsələrin bank hesabına köçürüləndə onlara bildirişlər göndərilir.

Birdəfəlik ödəmələrin verilməsi gələn ilin sonunadək başa çatdırılacaq.

Xatırladaq ki, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Məqalədə : şəhid ailəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61052

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58782

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60492

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60105

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65664

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59929

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2021 04:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru