Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2018
09:24
AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yataqxanada yerləşdirməyə ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var. Bunu akademiyadan bildiriblər.

Əlavə edilib ki, həmin şəxslər imkan olduqca AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayış yeri ilə təmin olunacaqlar.

Yataqxanadakı otaqlar boşaldıqdan sonra orada subay magistr və doktorantların yaşayış yeri ilə təmin olunması üçün zəruri şərait yaradılacaq, daha sonra magistr və doktorantlar oraya köçürüləcək.

Yataqxanada məskunlaşacaq şəxslər yalnız kommunal xidmətlərin ödənişini həyata keçirəcəklər.

Xatırladaq ki, AMEA ilə "Evrostroy-S" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçiləri həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin ediliblər.

Məqalədə : AMEA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48563

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46607

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48241

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47852

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53354

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47462

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47830
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 04:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru