Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
16:33
Səudiyyə kralı: Yəmənə hücum etməyə məcbur idik

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud bəyan edib ki, Yəməndə müharibənin sona çatması üçün BMT-nin səylərini dəstəkləyir. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, bu barədə o, ər-Riyadda Şura İclasının illik toplantısında çıxış edib.

2015-ci ilin martından Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücum və blokadası səbəbindən qətliam, aclıq və xəstəliklərin tüğyan etdiyi Yəmənlə bağlı müharibənin sona çastması üçün BMT-nin səylərini dəstəklədiyini açıqlayan kral Salman Yəmənə hücum etməkdə məcbuq qaldıqlarını da vuğulayıb.

Qeyd edək ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67298

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64777

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66576

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
65860

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71508

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65698

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66036
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2021 11:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru