Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
16:05
1269
Azərbaycanlı məktəblilər dron hazırlayıb - VİDEO

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA- Azerbaijan Robotics Engineering Academy) üzvü olan məktəblilər "Mən pilotam" adlı dron hazırlayıb. 

Layihə barədə məktəblilərdən biri Emin Bayramov məlumat verib. 

Onun sözlərinə görə, 4 pərdən və 4 motordan ibarət dron 10 metr hündürlüyə qədər qalxaraq 5 dəqiqə uça bilir. 

"Mən pilotam" cihazı 3D printer vasitəsilə hazırlanıb. Onun maraqlı xüsusiyyətlərindən biri rəngini dəyişə bilməsidir. Yəni dron bir neçə rəngdə ola bilir. Hazırda onu çəkisi 50 qramdır. Bu rəqəm 100 qrama çatdırıla bilər. Amma çəki nə qədər az olsa, onun uçma məsafəsi o qədər uzaq, sürəti isə yüksək olar", - deyə E.Bayramov qeyd edib. 

AREA rəsmisinin sözlərinə görə, hazırda qurğunu enerji ilə litium batareyası təmin edir: "Bu növ batareyalardan uzun müddət və rahat istifadə etmək mümkündür. Batareyanın yanında “bluetooth connector” yerləşdirilib. Bunun vasitəsilə dron pultla əlaqələndirilir". 

Bununla belə, məktəbli deyib ki, gələcəkdə dronu alternativ enerji mənbələri ilə qidalandırmaq niyyətindədirlər: “Dronun pərlərinin üst hissəsini günəş panelləri bağlamaq və litium batareya ilə birlikdə onlardan da uçuş müddətini 2-3 dəfə artırmaq istəyirik. Bu daha nazik günəş panelləri olmalıdır, çünki ağırlıq məsələsinə nəzarət etməliyik”.

AREA  Azərbaycanda dron yarışları keçirib, onun qalibini Cənubi Koreyada keçiriləcək dünya çempionatına göndərməyi düşünür. Bu arada, Akademiyanın müəllimləri çəkisi 1 kq olan yeni robot yığıb. Tələbələr onu “7-ci müəllim” adlandırır.

"Bu robot çoxfunksiyalıdır. Onun yığılması 6 aydan çox vaxt aparıb. Yığım prosesində, ümumilikdə, 12 motordan istifadə edilib. Robot Azərbaycan və Koreya dillərində salamlama qabiliyyətinə malikdir. Kodlaşma vasitəsi ilə onun funksiyalarını artırmaq mümkündür”.

Məqalədə : Məktəblilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1561

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru