Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2018
13:46
1702
Azərbaycan Fransaya etiraz notası təqdim edib

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

"Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir. Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub", - Leyla Abdullayeva deyib. 

Məqalədə : etiraz notası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
255

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
327

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
391

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
860

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
496

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
476
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 09:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru