Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
16:40
Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi - Azərbaycanda

Yeddi dəfə uğursuz əməliyyat keçirən 19 yaşlı gəncə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) atasının böyrəyi uğurla transplantasiya edilib.

Mərkəzdən FaktXəbər-ə bildiriblər ki, bu barədə əməliyyatı icra edən RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan məlumat verib: “Uzun illərin hemodializ xəstəsi olan gənc pasiyentimiz müraciət etdiyi bütün mərkəzlərdə dəfələrlə əməliyyat keçirib. Buna baxmayaraq, nəticə uğursuz alınıb. Hətta hemodializə girməsi üçün xəstənin mərkəzi damarları da tromblaşıb.

AZƏRBAYCANDA BÖYRƏK PROBLEMLƏRİNİ ONDAN SORUŞURLAR

Xəstə klinikamıza müraciət etdikdə çox ağır vəziyyətdə və ümidsiz halda idi. İlk olaraq, xəstə və donor çox ciddi araşdırıldı. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarıldı. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra böyrəyin donordan alınması və resipiyentə köçürülməsi üzrə əməliyyatın eyni zamanda həyata keçirilməsinə qərar verildi. Xəstəyə və onun donoru olan atasına əməliyyatın riskləri ətraflı izah edildi. Əməliyyatın mürəkkəbliyi də yeddi dəfə uğursuz əməliyyat keçirməklə bağlı yaranmış anatomik problemlərin mövcudluğunda idi. Peşəkar cərrahi və nefroloji komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmayıb. Həm resipiyent, həm də donor eyni dərəcədə sağlam şəkildə evə yola salındı”.

Məqalədə : Rəşad Şolan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43018

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41343

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42907

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42417

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47938

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42354

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42733
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 16:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru