Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
14:10
1566
`Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın`

“Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S. Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib:

“Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdır. Qalan insanları buna məcbur etmək olmaz”.

S. Novruzov deputatların hədiyyə məsələsinə gəlincə, söyləyib ki, bu məsələ ABŞ-da və digər ölkələrdə də movcuddur: “Burada söhbət hansısa nümayəndənin verdiyi hədiyyədən gedir. ABŞ-da deputat 300 dollardan aşağı verilən hədiyyəni evinə apara bilər. Əgər 300 dollardan yuxarıdırsa, o parlamentdə qalmalıdır. Biz bunu müəyyənləşdirəndə o zaman manatla avro eyni idi. Həmin dövrdə 50 manat 70 avro idi. Amma bu gün 35 avrodur. Daxili səbəblərimizdən asılı olmayaraq, bu 1 avro da ola bilər. Bu baxımdan buna düzəliş edilməlidir”.

Spiker Oqtay Əsədov deputatın dillə bağlı qaldırdığı məsələyə toxunub:  

“Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib gəlib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”. (modern.az)

Məqalədə : AZN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sentyabrın 19-ya aid hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
61

Qubada "Azərişığ"ın maşını aşıb

18

Sentyabr
12:49
HÜQUQ,HADİSƏ
63

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
145

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
65

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
183

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
138

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
152
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 13:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru