Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2018
10:42
2082
Rekord şaxtalar: Azərbaycana sərt qış gəlir

Artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar.

FaktXəbər bildirir ki, bu sözləri oxu.az-a Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib.

Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək.

"Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib", - deyə ekoloq qeyd edib.

Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır).

"Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu, onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq", - deyə ekspert bildirib.

Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib:

"110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb - 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq", - deyə ekoloq vurğulayıb.

Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.

Məqalədə : şaxta soyuq hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
677

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
37

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 22:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru