Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
16:59
1877
Məmur olmaq üçün Azərbaycan dilini bilmə səviyyəsi yeni qaydada yoxlanılacaq

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”na daxil edilən maddələrdən biri də “Dövlət qulluğuna işə qəbul zamanı dövlət dilinin bilmək səviyyəsinin yoxlanılmasının təmin edilməsi”dir”.

Bunu “Report”a açıqlamasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri, Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, dövlət qulluğuna işə qəbul zamanı dövlət dilinin bilmək səviyyəsinin yoxlanılması mütəmadi olmalıdır və bu prosesi Dövlət İmtahan Mərkəzi keçirməlidir: “Məsələn, dövlət qulluğuna qəbul olmaq istəyənlərin inşa yazı yazması, sərbəst, düzgün fikir yürütmək qabiliyyəti yoxlanılmalıdır”.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, dövlət qulluğuna qəbul zamanı müsabiqənin test imtahanı mərhələsində namizədlərin “qanunvericilik”, “informasiya texnologiyaları”, “məntiqi təfəkkür” ilə yanaşı "Azərbaycan dili” üzrə də bilikləri yoxlanılır: “Azərbaycan dilindən imtahana hazırlaşan namizədlər Azərbaycan dilinə xas olan fonetik, leksik, qrammatik qaydalara, eləcə də digər nəzəri və praktik məsələlərə xüsusi diqqət yetirməlidirlər. İmtahanda namizədlərə 15 test tapşırığı təqdim olunur. Müsabiqənin müsahibə mərhələsində isə "ümumi dünyagörüşü" proqramı çərçivəsində namizədlərin Azərbaycan dilində danışıq səviyyəsi, ünsiyyətqurma, fikrini sərbəst ifadə etmək və s.keyfiyyətləri yoxlanılır”.

Məqalədə : dövlət qulluğu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
303

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
386

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
443

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
916

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
541

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
519
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 13:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru