Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
15:33
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 38-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

38- DİNİN YERİNİ MÜASİR DÖVRDƏ ELM ALDI

Həyatları ərzində dinə olduğu kimi yer verməyən bir qism insanlar buna əsas olaraq dinin funksiyasını itirdiyini və müasir dövrdə dinin yerini elmin aldığını iddia edirlər. Bu anlayışa görə, insanların artıq dinlə deyil, elmlə yaşamalıdırlar.

Günümüzə qədər gedən proses daxilində bu inancı qəbul edən və hələ də dini insan oğlunun inkişafının önündəki yeganə maneə kimi qavrayan adamların sayı kifayət qədərdir.

İnsan yalnız kainatdakı hadisələrin necə olduğunu deyil, eyni zamanda niyə baş verdiyi də maraqlandırır və buna cavab axtarır. İstər kainatın, istərsə də həyatın mənşəyinə qarşı aparılacaq heç bir elmi açıqlama heç zaman təkbaşına insanı qane etməyib və insan təbiəti dəyişmədiyi müddətdə də yetərli olmayacaq. Bununla belə, məsələ sadəcə kainatı dərk etməklə məhdudlaşmır. Bundan daha da önəmli olan həyatı anlamaq və mənalı etməkdir.

Şübhəsiz, din ağla da, elmə də qarşı deyil. Əksinə, Quranda ağlın istifadə edilməsinə, həm kainatda, həm də öz mənəviyyatımızda dəlillərin üzərində düşünülməsinə, kainatın və həyatın öyrənərək Allahın bənzərsiz sənətinə şahidlik edilməsinə vurğu edilir.

Hər ikisi də doğru şəkildə oxunduqda bir-birilərinin alternativləri deyil, tamamlayıcı və havadarları olduğu görüləcək.

İslamda elmə verilən dəyərlə bağlı Peyğəmbərin bir neçə hədisini də diqqətə çatdırsaq, yerinə düşər:

- Alimlər peyğəmbərlərin varisləridir.

- Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər.

- Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir.

- Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər.

- Həqiqətən yer üzünün alimləri göydəki ulduzlara bənzəyərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdıqları işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar.

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com