Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
12:03
2502
Bakının ən qədim bazarı sökülür: yerində... - FOTO

Paytaxt Bakının "Azadlıq" prospektində yerləşən və paytaxtın ən köhnə bazarlarından olan “Nəsimi bazarı”nın söküləcəyi haqda xəbərlər dolaşır.

Yayılmış xəbəri dəqiqləşdirmək üçün sözügedən ünvana yollandıq. 

Faktxeber.com-a danışan satıcılar bildirdilər ki, bazar paytaxt Bakının ən qədim ticarət mərkəzlərindən biridir və 50 ildən çoxdur fəaliyyət göstərir. Ərzaq marketləri açılandan sonra meyvə, tərəvəz, ət və sair ərzaqlar üçün buraya üz tutan alıcıların sayı kəskin azalıb. Hazırda bazarda 50-100 arası ticarətçi işləyir. 

Bazarın sökülməsi sualına münasibət bildirən satıcılar isə bu barədə hər hansı məlumata malik olmadıqlarını bildirdilər. Sualın cavabını bazarın daxilində yerləşən mühasibatlıqdan ala biləcəyimizi dedilər. Mühasibatlıqda özünü bazarın komendantı kimi təqdim edən Elxan adlı şəxs ticarət mərkəzinin söküləcəyi təqdirdə, bu barədə işçilərə üç ay öncədən xəbər verməli olduqlarını bildirdi: “Gördüyünüz kimi, satıcılar mallarını müştərilə təqdim edir, bazar gündəlik fəaliyyət göstərir.” 

Əlavə olaraq onu da öyrənə bildik ki, “Nəsimi bazar”ı şəxsi mülkiyyətdir. Bazarın gündəlik fəaliyyətinə Vaqif adlı şəxs nəzarət edir. Vaqif müəllimlə görüşmək üçün göstərdiyimiz səylər isə nəticəsiz qaldı.

Məsələni dəqiqləşdirmək üçün üz tutduğumuz növbəti ünvan “Nəsimi bazar”ının sökülməsində adı hallandırılan “OLYMPUS park” şirkətinin yaxınlıqda yerləşən ofisi oldu. 

Özünü “OLYPUS park” Nəsimi layihəsinin menejeri kimi təqdim edən Elnur adlı şəxs “Nəsimi bazar”ının söküləməsini xəbərinin doğru olduğunu bildirdi. Menecer ünvan sahibi ilə layihənin ayrı-ayrı bəndlərinin razılışdırılması prosesində olduqlarını qeyd etdi: “Nəsimi rayonu “Azadlıq” prospektində 4 bloklu, pilot layihə çərçivəsində köhnə, istifadəyə yararsız mülklərin yeni müasir tikililərlə əvəz olunması layihəsinə başlamışıq. Şirkətimiz 2 il ərzində tikintini icra edib bitirməlidir. Sakinlər yeni, daha geniş mənzillərlə təmin olunacaqlar. “Nəsimi bazarı” yerləşən ünvanda isə müasir ticarət və əyləncə mərkəzi – MALL tikiləcək”.

Məqalədə : Nəsimi bazarı tikinti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
106

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
176

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
326

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
281

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
72

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
81
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 04:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru