Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
11:34
Səyyar “ASAN xidmət” bu rayonlarda olacaq - SİYAHI

Səyyar “ASAN xidmət” 24 oktyabr–22 noyabr Biləsuvarda, 29 oktyabr-27 noyabr Şirvanda, 7-16 noyabr Samuxda, 7 noyabr–6 dekabr Qusarda, 8 noyabr–22 dekabr Dəllər qəsəbəsində, 10–29 noyabr Ağdaşda, 12 noyabr-11 dekabr Xırdalan və Şamaxıda, 12–26 noyabr Tərtərdə, 14 noyabr–3 dekabr Biləcəri qəsəbəsində vətəndaşlara səyyar xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən FaktXeber.com-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə : ASAN xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutuldu

24

Fevral
11:28
HÜQUQ,HADİSƏ
115

Azərbaycan əsgəri şəhid olub

24

Fevral
11:27
BÖLMƏNİ DÜZ SEÇ!
207

Bu ərazidə qaz olmayacaq

24

Fevral
10:10
ÖLKƏ
244

Dəməşq raket hücumuna məruz qalıb

24

Fevral
10:08
DÜNYA
309

Abşeronda güclü yanğın başlayıb

24

Fevral
09:31
HÜQUQ,HADİSƏ
394

Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

24

Fevral
09:17
İQTİSADİYYAT
295

Türkiyədə yenə də zəlzələ olub

24

Fevral
09:09
DÜNYA
320
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 11:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru