Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2018
15:41
1482
Azərbaycanda şəkərli diabetli uşaqların sayı açıqlanıb

 "Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin 1654 nəfəri uşaqdır". Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

Onun sözlərinə görə, uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir: "Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur. Uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb. Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda onu koma vəziyyətində xəstəxanaya çatdırırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya (hərəkətin azlığı) şəkərli diabetin yaranmasına səbəb olur".

B.Salek bildirib ki, keçən ilin statistikasına görə, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 min 057 şəkərli diabet xəstəsi qeydiyyatda olub.

Mərkəzin direktor müavini qeyd edib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər xəstəlikləri ağırlaşdırır: "Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s. xəstəlikləri yaradaraq insan ölümünə səbəb ola bilir"./Report

Məqalədə : diabet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2386

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2244

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1739

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1487

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
225

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1180
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru