Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
16:18
İŞİD üzvü Tacikistanda həbsxanada qiyam qaldırdı: 27 ölü

Tacikistanın şimalında Xucənd koloniyasında bunt baş verib. FaktXeber.com-un məlumatına görə, bu barədə RİA Novosti öz mənbələrinə istinadla bildirib. 

Məlumata görə, İŞİD üzvü  mühafizəçinin silahını əlindən ala bilib, sonra isə həbsxana işçilərin atəş açmağa başlayıb.

Məhbuslar həbsxananın bir kolonunu ələ keçirə biliblər. Radio Ozodinin məlumatına görə qiyamçılar  soyuq silahla silahlanmışdılar. Bəzi məhbuslara qaçmaq müyəssər olub.

Həbsxana mühafizəçilərinə kömək üçün milis xüsusi təyinatlıları gəlib. Artıq qiyam yatırılıb.

Son məlumatlara görə, qiyam zamanı 2 zabit və 25 məhbus həyatını itirib.

Hadisədən sonra  ərazidə hüquq mühafizə orqanları gücləndirilmiş rejimə keçiblər. Xucəndə giriş və çıxışlar diqqətlə yoxlanılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tacikistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com