Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
14:19
Bakı məktəblərinin istiliklə təchiz edilməsinə başlanılacaq

Noyabrın 15-dən Bakıdakı bütün ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsinə başlanılacaq. Bu, "Report"un sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

İdarədən qeyd edilib ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il noyabrın 15-dən başlayır: "Cari ildə də təhsil müəssisələrinin istilik təminatına noyabr ayının 15-dən başlanılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb. Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülüb. İstilik sistemləri işə düşdükdən sonra əlavə olaraq hər hansı problem yaranarsa, səbəbi müəyyənləşdirilərək aradan qaldırılacaq".

"BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 137-si “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 167-si fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - cavabda vurğulanıb.

Məqalədə : Bakı məktəbləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53640

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51778

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53253

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52973

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58318

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52586

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52992
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 23:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru