
Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini-vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, 4 məkanda qeydə alınan videolardan 3-də sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil:
“Belə ki, 2-ci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub. 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.
1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə qeydə alınmayıb. Belə ki, videodakı gömrük əməkdaşı sadəcə "gəlir, maşın gəlir" sözlərini işlədir. Görəsən "gəlir, maşın gəlir" sözlərində rüşvətə dair hansı eyham və ya mülki vətəndaşı təhqiredici, alçaldıcı ifadələr var?
24 saatını, ömrünü, gününü Azərbaycan dövlətinin, onun strateji qurumlarının ləkələnməsinə həsr edən, dövlətçiliyimizə qarşı daim düşmən mövqedə dayanan, dövlət, xalq olaraq hər uğurumuzin arxasında bir əmma axtaranları hardasa başa düşmək mümkündür. Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara sədaqətlərini ortaya qoymalıdırlar. Lakin ölkənin bəzi aparıcı media qurumları da daxil olmaqla, səhərdən axşama vətənpərvərlikdən, dövlətçilikdən dərs keçən mətbuat orqanları, onların rəhbərləri və ya aidiyyəti əməkdaşları hər hansı dəlil olmadan strateji dövlət qurumlarından birininin fəaliyyətinə kölgə düşürən məlumatı qarşı tərəfin rəyini belə öyrənməyə ehtiyac duymadan hansı səbəb və ya məntiqlə yayımladılar? Üstəlik də birbaşa dövlətimizin, onun rəhbərliyinin əlehinə daxildə və xaricdə qarayaxma kampaniyası aparanların loqosuna istinadən. Əslində o qədər də təəccüblənmirik. Gündə bir ağa dəyişdirən, ali hiss və duyğulardan məhrum qalan, şəxsi mənafe üçün hər yola gedən zavallılardan, ən əsası isə gömrük orqanlarının xüsusi geyim formasını tanımadığı halda bu qurum və onun əməkdaşları haqqında "xüsusi yazılar" hazırlayanlardan bundan başqa nə gözləmək olar?”,- deyə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.
DGK-nin açıqlamasında daha sonra “Zavallı bəylər və xanımlar, kadrlarda dediklərindən qəzəbləndiyiniz, qeyrət damarlarınızın qalxdığı, “vətənpərvərlik” hisslərinizin coşduğu, ağına bozuna baxmadan söyüb təhqir etdiyiniz həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil....
Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Şahidi olduğunuz belə faktlar varsa da, xahiş olunur bununla bağlı dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət edəsiniz”,-deyə bildirilib.

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel02-06-2020 15:28 DGK nümayəndəsi: “May ayı ən gərgin aylardan biri olub”
22-05-2020 17:07 DGK qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19-05-2020 11:40 Mayın 25-dən etibarən gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstər
04-02-2020 16:36 Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb
29-12-2019 12:50 Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir
26-12-2019 16:05 Qadın çəkməsindən mobil telefonlar çıxdı
- 13-04-2021 16:04 Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi
- 13-04-2021 14:42 İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
- 13-04-2021 14:18 Sabah hava küləkli olacaq
- 13-04-2021 11:58 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
- 13-04-2021 11:51 Hesablama Palatası Milli Məclisə hesabat verir
- 13-04-2021 11:30 Bu həftəyə olan hava proqnozu açıqlanıb
- 13-04-2021 11:07 AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi
- 13-04-2021 10:08 Ölkənin 25 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək
- 13-04-2021 09:46 Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
- 12-04-2021 16:50 Daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
- 12-04-2021 16:34 Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
- 12-04-2021 15:51 Sahil Babayev özünə daha bir müşavir təyin edib
- 12-04-2021 14:30 Azərbaycan ordusunda növbəti təlimlər başladı
- 12-04-2021 14:22 Daha 4 məktəb koronavirusa görə bağlandı
- 12-04-2021 13:41 Sabah hava necə olacaq?
- 12-04-2021 12:56 Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
- 12-04-2021 11:59 Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək
- 12-04-2021 10:35 Milli Konservatoriyada COVID-ə görə əyani dərslər dayandırılıb
- 12-04-2021 09:58 Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib, saxlanılanlar var
- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur