Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
10:52
1014
Ekvadorun sabiq vitse-prezidentinin 17 günlük aclıqdan sonra səhhəti pisləşib

Korrupsiya işinə görə hazırda həbsxanada olan Ekvadorun sabiq vitse-prezidenti xəstəxanaya yerləşdirilib. FaktXeber.com-un məlumatına görə, bu barədə onun vəkili Eduardo Franko Loor özünün Tvitter səhifəsində bəyan edib.

«Ölkəyə bildirirəm ki, sabiq vitse-prezident Qlasın səhhəti çox pisləşib. Həyatı təhlükədədir. O, təcili olaraq Kitoya (xəstəxanasına) çatdırılıb. Hesab edirik ki, onun həyatı və vəziyyətində məsul indiki hökumətdir», - deyə yurist yazıb.

Sabiq prezident Rafael Korrea öz növbəsində bəyan edib ki, Qlas 17 günlük aclıqdan sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın sonlarında başqa penitensiar müəssisəyə göndərilməsinə etiraz olaraq aclıq elan etmişdi. 2017-ci ilin dekabr ayında  məhkəmə siaysətçini qeyri-qanuni yolla zənginləşmək üçün mütəşəkkil cinayətkar dəstənin yaradılmasında təqsirli bilərək, 6 il müddətinə azadlıqdan məhrum etmişdi.

Cari prezident Lenin Moreno sabiq dövlət başçısı Rafael Korreanın davamçısı hesab olunsa da, bu hadisəyə görə onların arası pozuldu.

Sabiq vitse prezidentə qarşı istintaq başlayan ərəfədə Ekvador lideri  onu bütün səlahiyyətlərdən məhrum etmə barədə fərman imzalayır. Korrea Qlasın tərəfində duraraq, Morenonu seçkilərə getdiyi davamlılıq siyasətindən imtinada ittiham etdi.

Məqalədə : ekvador 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
184

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
254

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
63

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
105

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
40

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
35

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
57
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 04:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru