Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
09:02
Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdi

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında qərarda dəyişiklik edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdirilib. Kollegiyanın üzvü Məmmədov Xəqani Telman oğlunun əvəzinə Nuriyev Mübariz Əsgər oğlu təsdiq edilib.

Digər bir sərəncamla Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiq edilib. Belə ki, Vergilər Nazirliyinin Departament rəsmisi Statistika Şurasının üzvlüyündən çıxarılıb.

Şuranın üzvü Cəbrayıl Fərid Zəbiyulla oğlunun (Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini) əvəzinə Rəhimli Elşən Moqif oğlu (Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini) üzvlüyə təsdiq edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com