
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hazırlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödənişlə təmin olunması üçün sənədlərin qəbulu prosesini həyata keçirir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişlərin 2 il müddətinə icra olunacağını bildirib.
Fərmana əsasən, bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az ) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.
Bəzi şəhid ailələri həlak olmuş dağmalarının adlarının həmin siyahıda olmadığını bildirirlər. Hətta buna etiraz olaraq, bir neçə dəfə müxtəlif qurumların qarşısında aksiya keçiriblər.
Şəhid ailələri bu gün yenidən etiraz aksiyası keçirib. Onlar Prezident Adminstrasiyasının qarşısına toplaşaraq, 11 min manatlıq birdəfəlik ödəmənin onlara şamil edilməməsinə bir daha narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları “Şəhidlərin haqqı yeyilməz!”, “Şəhidlər ölməz, şəhidlər bölünməz!” şüarlarını səsləndiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olararaq bildirib ki, şikayətlərin nazirliyə aidiyyatı yoxdur:
“Nazirlik birdəfəlik ödəməni almaq hüququ olan hərbi qulluqçuların vərəsələrinə ödənişin edilməsi üçün işləri sürətləndirib və bu proses tam şəffaf, elektronlaşmış şəkildə icra edilir.
Notariat kontorlarından sənədlər elektron qaydada daxil olduqca İşçi qrup baxır və komissiya ödəmə ilə bağlı qərar verərək maliyyənin açılması məqsədilə aidiyyəti işləri aparır”.
F.Talıbov qeyd edib ki, hər bir şəhidin xatirəsi ucadır:
“Narazı bir neçə nəfər vərəsənin də şikayətləri araşdırılır”.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun29-05-2020 18:17 Mənzillə təmin edilən şəhid ailələrinin sayı açıqlanıb
24-12-2019 17:32 Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı sərəncam
30-04-2019 22:42 Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
02-04-2019 12:48 Şəhid ailələrinin kreditləri ilə bağlı QƏRAR!
28-01-2019 20:39 Qarabağ əlillərinə və şəhid ailələrinə 35 milyon manat ayrılıb
28-01-2019 14:19 Bütün şəhid ailələri birdəfəlik müavinət alacaq
- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi