Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
11:53
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb

"Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir".

Bunu Səhiyyə Nazirliyinin ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin müddətdə 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir.

H.Qədirova qeyd edib ki, 237 nəfərdə vərəm plevriti, 81-də sümük oynağı vərəmi, 32-də döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52-də periferik limfa düyünlərinin vərəmi, 14-də sidik cinsiyyət sisteminin vərəmi, daha 14-də vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningeti aşkarlanıb.

O, həmçinin əlavə edib ki, vərəmli xəstələrin 1/3-i qadınlar, 2/3-i isə kişilərdir: "Amma zamanla qadınlar arasında vərəmlə xəstələnmə gösətiriciləri artır. 2017-ci ildə aşkar olunan vərəmli xəstələrin 60 faizi kişi, 30 faizi qadın, 10 faizi uşaqlardır. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır. Böyüklər və 18 yaşadək uşaqlar arasında gecikmiş və yayılmış formaların rastgəlmə tezliyi azalıb".

Azərbaycanda ötən il 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisinin 39.8 nəfər olduğunu deyən direktor bildirib ki, ötən il ölkədə 440 nəfər vərəmdən dünyasını dəyişib: "2017-ci ildə Azərbaycanda 1007 nəfər dərmana davamlı vərəmli xəstələr aşkarlanıb. Dərmana davamlı vərəmli xəstələrin müalicəyə cəlb olunması 98 faiz təşkil edib. Keçən il 3258 təkrar müalicə olunan vərəmli xəstə qeydə alınıb. Ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 30.3, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9.5 faiz olub".(Report)

Məqalədə : vərəm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5534

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7047

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9787

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6767
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 02:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru