Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2018
15:25
Gələn il əmək pensiyaçılarının orta aylıq pensiya məbləği artırılacaq

Azərbaycan üzrə 2019-cu ilin sonuna əmək pensiyaçılarının sayının 1 286 700 nəfər olacağı proqnozlaşdırılır.

Bu, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Belə ki, 2018-ci ilin proqnozu üzrə əmək pensiyaçılarının sayı 1 301 800 nəfər olub. Bu da onu göstərir ki, gələn il əmək pensiyaçılarının sayı 15 100 nəfər azalacaq.

Göstəricilərdə əmək pensiyaçılarının yaşayış minimumunun gələn il 149 manat olacağı nəzərdə tutulub ki, bu da 2017-ci il üzrə müvafiq göstəricidən 18.8 manat və ya 14.4 faiz, 2018-ci il üzrə müvafiq göstəricidən (144 manat) 5 manat və ya 3.5 faiz çoxdur.

Orta aylıq pensiya məbləğinin gələn il 241 manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci il üzrə müvafiq göstəricidən 14.2 manat və ya 6.3 faiz çoxdur.(Report)

Məqalədə : pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
358

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
690
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 16:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru