Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
10:12
Gömrük əməkdaşı vəzifəsindən sui-istifadə edərkən yaxalanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur" gömrük postunun baş müfəttişi Davud Rövşən oğlu Qəhrəmanov postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən qulluq mövqeyindən sui-istifadə edib. 

Bu barədə FaktXəbər-ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, o "Toyota Camry" markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya vətəndaşı Fəqan Cavanşir oğlu Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb. D.Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması müqabilində vətəndaşdan 1 000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verib, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub. Bu səbəbdən DGK sədrinin müvafiq əmri ilə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
271

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
279

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
282

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
362

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
292

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
319

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
521

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
442
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 09:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru