Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
12:39
Müəllimlərin ixtisasartırma ilə bağlı bilmədiyi, çaşqınlıq yaradan vacib məqamlar

Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Bu, insan potensialının inkişafının, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, onların daim yenilənən əmək şəraitinə uyğunlaşdırılmasının təmin edilməsi və s. vəzifələri daşıyır.

Əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazır­lanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.

Ən çox adıçəkilən və müəllimlərin  müraciət etdiyi əlavə təhsil növü ixtisasartırmadır.

İxtisasartırma ilə bağlı məlumatları təqdim edirik:

İxtisasartırma müəllimin öz ixtisasına daha dərindən yiyələnməsi üçün nəzərdə tutulur. Bunu ixtisasdəyişimi ilə qarışdırmaq olmaz. İxtisasdəyişiminə yalnız pedaqoji təhsili olanlar müraciət edə bilərlər. Yəni tutaq ki, I ixtisas qrupu üzrə hər hansı bir ixtisası bitirən şəxs ixtisasdəyişimi ilə Fizika müəllimi işləyə bilməz.

Lakin Tarix müəllimi ixtisasını dəyişərək tarix-coğrafiya, kimya müəllimi kimya-biologiya və s. dəyişimlər  mümkündür.

İxtisasartırma və yenidən hazırlanma tədris müəssisələri Azərbaycan  Respublikası Təhsil Qanununa, ona müvafiq olaraq Azərbaycan Respublikasında qəbul edilmiş digər qanunvericilik aktlarına, bu Əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir.

İxtisasartırma təhsili əyani və distant (məsafədən) olmaqla 2 formada həyata keçirilə bilər.

Bir ixtisasartırma dövrü ayrı-ayrı kateqoriyalardan olan kadrların nəzərdə tutulan minimum təhsil kreditlərini toplamaları üçün ayrılan müddətdir. İxtisasartırma təhsilinin minimum həddi bir ixtisasartırma dövründə hər bir dinləyici üçün müəyyən edilmiş ixtisasartırma proqramının həcmini göstərir. Bu və ya digər kateqoriyadan olan kadrlar üçün ixtisasartırma dövrü mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.

İxtisasdəyişimi zamanı əgər bir müəllim Biologiya müəllimliyindən Kimya müəllimliyinə ixtisasdəyişi edərsə, bu zaman, adətən, 1 il təhsil almaq kifayətdir. Yox, əgər  Kimya-biologiya ilə əlaqəsi olmayan, digər fənn müəllimliyi  seçilərsə, təhsil müddətinin minimal həddi, təxminən, 3 il müəyyənləşdirilir.

İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən vahid formalı sertifikat verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və möhürlənir.

Məqalədə : ixtisasartırma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54631

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52724

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54139

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53859

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59284

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53574

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53928
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-12-2020 10:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru