Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2018
15:38
Riçard Almeyda Qazaxıstan çempionu oldu

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Astana" komandasının heyətində Qazaxıstan çempionu olub. 

"Şəhərlilər" buna Premyer Liqanın XXXI turunda "Kayrat"ın "İrtış"a 0:1 hesablı məğlubiyyətindən sonra nail olublar. Bununla da "Astana" çempionatın sonuna 4 oyununun qalmasına baxmayaraq, ən yaxın rəqibi "Kayrat" üçün əlçatmaz olub. Bu komanda ardıcıl 5-ci dəfə ölkə çempion olaraq, rekorda imza atıb. Əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe" ilə bərabərləşib. 

Qeyd edək ki, Riçard Almeyda Qazaxıstan komandasına yayda "Qarabağ"dan keçib. "Astana"nın heyətində Azərbaycan klubunun daha bir sabiq futbolçusu Pedro Enrike icarə əsasında çıxış edir. Komandanın baş məşqçisi isə bir müddətdir şəxsi problemləri ilə əlaqədar hazırlıqlarda iştirak etməyən Roman Qriqorçukdur. Qriqorçuk daha əvvəl "Qəbələ"yə rəhbərlik edib. (report.az)

Məqalədə : Riçard Almeyda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4230

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2354

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1984
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 10:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru