Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
19:05
`ASAN xidmət`də həyata keçirilən xidmətlərin sayı artdı-SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

FaktXeber.com-un məlumatına görə, dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 5.7.4-cü yarımbənd əlavə edilir: “5.7.4. torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;”.

5.9-cu bənd aşağıdakı redaksiyada verilir: “5.9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;”.

Bundan başqa, aşağıdakı məzmunda 5.11-2-ci bənd əlavə edilir: “5.11-2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;”.

5.15-ci bənd aşağıdakı redaksiyada verilir:

“5.15. hərbi qeydiyyatla bağlı:

5.15.1. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

5.15.2. vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;

5.15.3. vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;

5.15.4. həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;

5.15.5. vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;”.

Həmçinin 5.17-ci bənd aşağıdakı redaksiyada verilir:

5.17. qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:

5.17.1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;

5.17.2. qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;

5.17.3. qida təhlükəsizliyi sertifikatının verilməsi;

5.17.4. ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;

5.17.5. idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;

5.17.6. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;

5.17.7. daxili karantin sertifikatının verilməsi;

5.17.8. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;

5.17.9. Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;”.

Məqalədə : ASAN Xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
35

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
71

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24

Fevral
12:20
HÜQUQ,HADİSƏ
222

Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutuldu

24

Fevral
11:28
HÜQUQ,HADİSƏ
215

Azərbaycan əsgəri şəhid olub

24

Fevral
11:27
BÖLMƏNİ DÜZ SEÇ!
719

Bu ərazidə qaz olmayacaq

24

Fevral
10:10
ÖLKƏ
332

Dəməşq raket hücumuna məruz qalıb

24

Fevral
10:08
DÜNYA
347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 13:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru