Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
12:12
Nazir Mikayıl Müşfiqin məzarından DANIŞDI

“Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu Puta qəsəbəsində olması ilə bağlı bütün məqamlar yoxlanılacaq və müvafiq genetik ekspertiza - DNK analizi aparılacaq”.

Bu sözləri mədəniyyətn naziri Əbülfəs Qarayev deyib.

“Mikayıl Müşfiqin harada dəfn olunması haqqında danışmaq tezdir. Ona görə də mən xahiş edirəm ki, bu məsələyə həssaslıqla yanaşaq. Yanlız dəqiq elmi araşdırmalar nəticəsində məlum olan məlumatlara istinad etmək lazımdır”,- nazir bildirib. 

Qeyd edək ki, ötən gün azərbaycanlı milyarder Fərhad Əhmədov Virtualaz.org saytına açıqlamasında “Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsindəki qəbiristanlıqda axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim” deyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mikayıl Müşfiq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com