Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2018
11:47
1505
Eldar Əzizovdan sahibsiz itlərlə bağlı göstəriş

Son zamanlar Bakı şəhərində və xüsusilə də şəhərətrafı kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. İnsanların sahibsiz heyvanların hücumuna məruz qalması, xüsusilə azyaşlıların itlər tərəfindən dişlənməsi halları artmaqdadır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a verilən məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov insanları narahat edən sahibsiz küçə heyvanları ilə bağlı göstəriş verib və hazırda bu istiqamətdə kompleks tədbirlər görülür. 

Eldar Əzizovun Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verdiyi göstərişin məhz bu tədbirlərin bir hissəsi olduğu  və sahibsiz heyvanlarla bağlı mübarizə üçün yeni struktur hazırlandığı bildirilir. Bunun üçün "Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. İşlər çərçivəsində yeni laboratoriyanın qurulması, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələrin, eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınması nəzərdə tutulur.

Yeni strukturun fəaliyyətə başlamasından sonra sahibsiz küçə itlərinin sayının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Məqalədə : Eldar Əzizov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
208

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
159

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1159

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
139

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
692

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
719

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
305
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 06:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru