Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2018
11:29
Vəkillərə güzəştli tibbi xidmətlər göstəriləcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəzi Klinika, Xüsusi Müalicə Sağlamlıq Kompleksi və Gəncə Müalicə Diaqnostika Mərkəzi arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Vəkillər Kollegiyasından FaktXeber.com-a bildiriblər ki, Vəkillər Kollegiyasının rəhbərliyi Mərkəzi Klinikanı ziyarət edib. Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov, Vəkillər Kollegiyasının üzvü Ramin Rzayev iştirak ediblər.

Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov bu səhiyyə ocağının sağlamlıq qurumlarında (ambulatoriya, xəstəxana və stomatologiya), eləcə də birgə fəaliyyət göstərdikləri Gəncə Müalicə Diaqnostika Mərkəzi və Xüsusi Müalicə Sağlamlıq Kompleksində göstərilən tibbi xidmətlər, Vəkillər Kollegiyasının üzvlərinə güzəştli xidmətlərin təqdim edilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb. Görüşdə Vəkillər Kollegiyasının paytaxtda və yaxın regionlarda fəaliyyət göstərən üzvlərinə Bakıdakı sağlamlıq qurumlarında (Mərkəzi Klinika Ambulatoriya, Mərkəzi Klinika Xəstəxana, Mərkəzi Klinika Stomatologiya, Xüsusi Müalicə Sağlamlıq Kompleksi), Gəncədə və ətraf regionlarda fəaliyyət göstərən üzvlərə isə Gəncə Müalicə Diaqnostika Mərkəzində müvafiq tibbi xidmətlərin göstərilməsi barədə müzakirələr aparılıb və müvafiq razılıq əldə olunub.

Sonra Mərkəzi Klinika, Xüsusi Müalicə Sağlamlıq Kompleksi və Gəncə Müalicə Diaqnostika Mərkəzi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Əldə olunmuş razılığa əsasən, həmin çoxprofilli tibb müəssisələrində Vəkillər Kollegiyasının üzvlərinə və onların ailə üzvlərinə 10 faiz güzəştlə yüksək keyfiyyətli və peşəkar tibbi xidmət göstəriləcək. Vəkillər Kollegiyasının tibbi xidmət üçün müraciət edən və ondan faydalanmaq istəyən üzvlərinin yalnız vəkil vəsiqələrini təqdim etmələri tələb olunur.

Belə təşəbbüslərin arxasında hər hansı kommersiya maraqları güdülmür. Vəkillər Kollegiyası regionlarda fəaliyyət göstərən üzvlərinin rifah səviyyələrinin yüksəldilməsinə dəstək verilməsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : vəkillər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com