Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2018
11:12
`Qarabağ`a texniki məğlubiyyət veriləcək

"Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət veriləcək.

Buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Bu haqda "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovda oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

“Əlbəttə, bütün məşqçilər, hakimlər və klub heyəti protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə, ən böyük səhv özümüzdədir. Biz səhv etmişik. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə hallar yaşansın. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubiyyətin əvəzini çıxmaq olar. Onların əziyyətinə heyfim gəlir. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm”.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb./AzərTac

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
529

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
348

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
337

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
323

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
437

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
431

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
632
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 02:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru