Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
16:08
İstanbulda Suriya üzrə dördtərəfli sammit keçiriləcək

Oktyabrın 27-də İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentlərinin Suriya böhranı üzrə sammiti keçiriləcək.

Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də İstanbul şəhərində Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Suriya böhranını müzakirə etmək üçün sammit keçirəcək”, - deyə o bildirib.

İbrahim Kalının sözlərinə görə, sammitdə böhranın nizamlanması, İdlib sazişinin reallaşdırılması və bölgədəki siyasi proseslərin müzakirəsi ilə yanaşı, Suriya münaqişəsinin digər aspektləri üzrə tərəflərin birgə fəaliyyətinin razılaşdırılması planlaşdırılır. Ortaq səylər münaqişənin uzunmüddətli həlli variantlarının axtarışına yönəlməlidir.

Qeyd edək ki, sentyabrın ortalarında dördtərəfli sammitə hazırlıq məqsədilə İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin beynəlxalq məsələlər üzrə köməkçilərinin görüşü keçirilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com