Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
14:40
Səudiyyə Ərəbistanın Baş konsulu Tükiyəyə qayıtmaq üçün təyyarəyə minmədi

Səudiyyə Ərəbistanın İstanbulda baş konsulu Muhəmməd İbrahim əl-Uteybi öz iş yerinə qayıtmaq üçün cümə axşamı günü təyyarəyə minməyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə HaberTürk xəbər verib. 

Baş konsulun İstanbulu təkr edəcəyi barədə ilk informasiyanı verən nəşrin icmalçısı Sevilay Yılman bildirib ki, Uteybinin oktyabrın 18-nə  geri bileti olub. Onun təyyarəsi  yerli vaxtla saat 15:00-da Səudiyyə Ərəğistanından uçmalı idi, ancaq diplomat ora minməyib.

Xatırladaq ki, baş konsul oktyabrın 16-d Beynəlxalq Atatürk aeroportundan mütəmadi reyslə saat 17:00-da  İstanbulu tərk edib. Elə həmin gün  türk istintaqçılar diplomatik missiyada yoxa çıxan Camal Kaşıkçının axtarışı ilə bağlı istintaq aparmalı idi. Lakin axtarış oktyabrın 17-də axşam vaxtlarında aparıldı.

Ər-Riyad siyasətinə sərt tənqidləri ilə məşhur olan səudiyyəli jurnalist Camal Kaşıqçı (Xaşuqi) oktyabrın 2-də  sənədləri üçün İstanbulda Səudiyyənin baş konsulluğuna girib və bir daha da ondan xəbər alınmayıb. 

KİV-də jurnalistin diplomatik missiyada işgəncə ilə Səud konsulunun gözü qarşısında öldürüldüyü barədə məlumat yayılıb. Türkiyənin hökumətyönlü Yeni Şafak qəzeti Kaşıkçının işgəncə ilə ölümü ilə bağlı audioyazı əldə etdiyini bildirmişdi. Məlumata görə, onun barmaqları kəsildikdən sonra başı kəsilib.  

Ər-Riyaddan bu günə qədər ancaq təkzib gəlib.

Onu da xatırladaq ki, Muhəmməd Bin Salmana müxalif jurnalist Camal Kaşıqçının itkin düşdüyü gün İstanbulda Səudiyyə konsulluğunda olan Məşal Səəd əl-Bostani Ər-Riyadda qəzaya düşüb. Bu barədə Yeni Şafak məlumat verib. Bildirilir ki, Səudiyyə Ərəbistanın HHQ-nin  leytenantı olan Bostani  müəmmalı hadisə günü dipolmatik missiyaya gələn 15 nəfərdən biri olub.

O, Kaşıkçının ehtimal olunan qətlində şübhəlilərdən biri idi.

Türkiyə KİV-i yazırdı ki, diplomatik missiyaya girməzdən öncə jurnalist öz nişanlısını iPhone-nu verib və Apple Watch-u qeydiyyat rejiminə keçirir. Smartfon onun qolundakı saatla sinxrozasiya olunurdu. 

Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə sənədlərini götürmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna girən və ordan yoxa çıxan jurnalist Camal Kaşıkçının qətli ilə bağlı animasiya hazırlanıb.

Xatırladaq ki, Səudiyyə rejiminə və xüsusən vəliəhd şahzadə Mühəmməd bin Salmana müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Kaşıkçı “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Türkiyə mediası "Washington Post" yazarı, səudiyyə ərəbistanlı Camal Kaşıkçını (Kaşukî) oğurlamaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanından olan kəşfiyyat qrupunun "Atatürk" hava limanındakı görüntülərinin üzə çıxdığı barədə yazmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com