Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
11:24
Müsəlman alimlər dollardan imtinaya çağırır

Müsəlman Alimlərinin Ümumdünya Asossiasiyasının Baş katibi Ali Karadai dollar asılılığından imtina etmək və yeni Valyuta İttifaqı yaratmağı təklif edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Hürriyət xəbər verib.

Baş katibin sözlərinə görə bu, Vaşinqtonun hazırda göstərdiyi təzyiqləri azalda bilər. 

Karadai bildirib ki, artıq yeni ittifaq çərçivəsində BVF-nun analoqu olan  Rezerv Fond yaratmaq olar. Karadainin sözlərinə görə, bu, Rusiya, İran, Çin və Türkiyəyə öz maliyyə tələbatlarını tam ödəməyə və öz iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcək.

«Bu ölkələr Valyuta İttifaqına daxil olsalar, fondun  iqtisadi dəyəri onların milli fondlarının stabilliyini təmin edəcək. O zaman nə dollara, nə də dollar təzyiqindən qurtulmaq üçün tədbirlərə ehtiyac olmayacaq», - deyə o, vurğulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : dollar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com