Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
11:01
1965
Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. 

Bakı-Urumçi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin baqajında və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni “Qırmızı kanal” buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. 

Burada onun baqajı rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. 

Daha sonra həmin şəxsin şübhə doğuran çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada olan sellofan paketdəki corabın içində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan və ya gömrük nəzarətindən gizlədilən 154 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 15.400 ABŞ dolları aşkar edilib. 

Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə, vətəndaşdan 25400 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : dollar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
207

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
159

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1158

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
139

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
692

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
718

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
305
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 06:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru