Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
15:15
Maşını qaçıran şəxsdə narkotik aşkarlandı

Maşını qaçıran şəxsdə narkotik aşkarlanıb. FaktXeber.com-a bu barədə DİN Mətbuat Xidmətinin nümayəndəsi 

polis leytenantı  bildirib.

Bildirilir ki, oktyabrın 14-də Bərdə rayon sakini Fərahim Əliyev RPŞ-yə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avromobilin qaçırılması barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkumluğu olan Andrey Xəlilov saxlanılaraq şöbəyə gətirilib. A. Xəlilovun üzərinə baxış keçirilən zaman onun cibindən çəkisi 5.04 qram narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib.

Qaçırılmış avtomobil və tiryək maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com