Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
14:26
Kənd Təsərrüfatı Nazirliyi FAO ilə yeni layihənin icrasını planlaşdırır

"Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə gələn aydan qoyunçuluğun inkişafı ilə bağlı yeni layihənin icrasını planlaşdırır". 

Bunu açıqlamasında nazirliyin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.

Onun sözlərinə görə, layihənin dəyəri 1,3 mln. manat olacaq. 

"Bu layihə çərçivəsijndə qapalı qoyunçuluq təsərrüfatlarının yaradılması üçün maarifləndirmə işlərinin görülməsi, ölkəyə yeni qoyun cinslərinin gətirilməsi nəzərdə tutulub", - o qeyd edib. 

Xatırladaq ki, Azərbaycanda FAO-nun maliyyə dəstəyi ilə Embrion Transfer Mərkəzinin qurulması da planlaşdırılır. 

A.Ömərov onu da əlavə edib ki, bu ilin sonuna qədər ölkəyə 700 - 800 baş iribuynuzlu damazlıq heyvanın gətirilməsi gözlənilir: "Heyvanlar Almaniya və Avstriyadan gətiriləcək". (Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sheep and lamb 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com