Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
11:39
DİM xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim etdi

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması məqsədilə nümunə audiomateriallar təqdim edib.

DİM-dən FaktXeber.com-a bildirilib ki, xarici dil fənn kurikulumuna əsasən, ümumi və tam orta təhsil səviyyəsində “dinləyib-anlama” üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur.

Təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılacaq. Dinləmə materiallarının nümunəsi ilə http://www.tqdk.gov.az/news/2504/  linkində tanış olmaq mümkündür. On gün müddətində dərc ediləcək “Abituriyent” jurnalının xüsusi buraxılışında həmin mətnlərə aid tapşırıqlar yer alacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : xarici dil 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com