Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2018
15:28
Qərargah: Badamdarda sürüşmə fərdi tikililərə doğru irəliləyir - YENİLƏNİB-2

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan FaktXəbər-ə verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib".

***

12:10

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan FaktXəbər-ə verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

*** 

09:25

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir. Bu barədə FaktXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb. Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır.

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.

Məqalədə : sürüşmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
161

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
175

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
210

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
349
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 22:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru