Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2018
16:01
Magistratura təhsilində inqilab yaradacaq, minlərlə gənci sevindirəcək əlverişli üsul

Ali təhsil pilləsinin I mərhələsini –bakalavrı uğurla başa vuran bir çox tələbə magistraturaya hazırlaşmaq istəyir.

Magistraturanın tələbəni elmi və praktiki istiqamətə yönəltdiyini əsas tutaraq hazırlaşan tələbələr bir sıra problemlərlə qarşılaşırlar. Ölkənin çoxpilləli ali təhsil sistemində 1997-ci ildən etibarən tətbiq edilən magistratura pilləsinə maraq çox olsa da, bəzən bu istəyin qarşısını müxtəlif maneələr – təhsil haqqının çoxluğu, MBA ixtisasının yalnız ödənişli olması və nəhayət qiyabi təhsilin olmaması - kəsir.

Magistratura təhsili bütün dünyada ümumi qazanılan bakalavr təhsilinin davamı olub, həm ixtisas, həm də elmi qabiliyyətlərin artırılması mərhələsi sayılır. 

“Magistraturada qiyabi təhsil pilləsinin ləğvinin haqlı olduğunu düşünürəm. Qanun və qaydalarla təsdiqlənən “part time” təhsil tətbiq olunarsa, faktiki olaraq heç kim qiyabi təhsilin ləğvi ilə bağlı çətinlik yaşamayacaq”.

Bu sözlər Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi nəzdində İqtisadiyyat və İdarəetmə kafedrasının müəllimi Abdulkərim Sadıqov deyib. Onun sözlərinə görə, “part time” təhsil metodu adlandırdığımız anlayış tələbəyə hər semestr cəmi 2 dərs dinləyərək təhsilini davam etdirməyə imkan verəcək:

“Bu, tam şəkildə tətbiq olunarsa, fikrimcə, tələbələr bakalavr pilləsində də problem yaşamayacaqlar. Bu istiqamətdə hazırlıqların getdiyindən xəbərdaram. Yəqin ki, çox keçmədən universitetlərimizdə tətbiq olunmağa başlayacaq. Beləcə, tələbə istənilən işdən bir günlük asanlıqla icazə alaraq dərslərdə iştirak edə biləcək. 2 fənn üzrə dərslərin də bir gündə təşkil olunması mümkündür. Buna görə, faktiki olaraq heç kim qiyabi təhsilin ləğvi ilə bağlı çətinlik yaşamayacaq . Hazırda bu metod AKTS- Avropa Kredit Transfer Sisteminin tətbiq olunduğu əksər ölkələrdə tətbiq olunur”./AzEdu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Magistratura 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 12:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com