Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2018
10:15
3267
Deputatdan Bakıdakı `Partizan` restoranına ETİRAZ

Bakıda, Bəşir Səfəroğlu 170 ünvanında açılan “Partizan” adlı restoranın fəaliyyəti ictimaiyyətdə birmənalı qarşılanmayıb. Özündə sovet dövrünün ab-havasını təcəssüm etdirən, SSRİ simvolları ilə bəzədilən restoranın sahibləri sosial şəbəkələrdə ciddi qınaq obyekti olub.

Restorana gələn müştəriləri qapıda xüsusi parol tələb edən əli avtomatlı sovet əsgəri qarşılayır, içəri bu “ofisiant"ın əlindəki “Kalaşnikov” süngüsünün altında keçmək lazımdır. Qapıda müştərilərə Lenin, Stalin andı içirdirlər. 

Restoranı həm də faşizm simvolları ilə bəzəyiblər.  Bütün bunlarla bağlı fikirlər isə birmənalı deyil. Əksəriyyət sovet nostaljisi ilə yaşayan kəslərin bununla Azərbaycanın müstəqilliyinə kölgə salmaq niyyətində olduqları qənaətindədir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, SSRİ-nin bərpası mümkün olmadığından ciddi narahatlığa əsas yoxdur, amma "Partizan"dakı təbliğatın bəzi məqamları diqqətdən qaçmamalıdır.

“O insanlar ki, SSRİ-ni müstəmləkə sistemi, müstəqilliyimizin əleyhinə olan bir təbliğat vasitəsi kimi görüblər, onlar etiraz edirlər. Bu, psixoloji həssaslıqdır. Amma bu cür məsələlərin təbliğ vasitəsilə reallaşması, yəni SSRİ-nin bərpası mümkün deyil. Məncə SSRİ-nin bərpa olunacağı təhlükəsi olmadığından bundan qorxmaq lazım deyil. Həm də ədalətli olmaq lazımdır. Bizim müstəqilliyimiz çox qiymətlidir. Amma bu o demək deyil ki, Azərbaycan SSRİ dövründə geridə qalıb, inkişaf etməyib və s. İkinci respublika dövründə ilk Konstitusiya qəbul olunub, sovetləşmə gedib, təhsil, səhiyyə sistemində nəaliyyətlər əldə olunub. 19-20-ci əsrlərdə Azərbaycanda güclü ədəbiyyat nümayəndələri, dahilər yetişib. SSRİ keçmişdə qalıb, yəni bu quruluşa düşmən mövqe sərgiləmək də düzgün deyil”.

Restorana daxil olarkən parol tələb edilməsi, Stalin, Lenin andı içdirilməsi, o dövrün simvollarının təbliğ olunmasına gəlincə, deputat, bunun yolverilməz olduğunu deyib:

“Əgər belə şeylər varsa, bu artıq siyasi məsələdir. Və açıq-aşkar sosializmin təbliğidir. Hazırda Konstitusiyaya görə, idelogiyaların təbliği azaddır. Ancaq müstəqilliyimizə kölgə salacaq ən kiçik element varsa, bunun qarşısı alınmalıdır. Sovet İttifaqına, onun liderlərinə and içmək o deməkdir ki, bizim müstəqilliymizin əleyhdarlarına and içdirirlər. Bu çox ciddi siyasi məsələdir və aidiyyatı orqanlar bunu yoxlamalıdır. İstənilən şəkildə belə hal varsa, vəziyyət dəyişir və yoxlanmalıdır. Mən “Tarqovı”da qızıl ulduz, SSRİ döş nişanları, köynəklər satanlara rast gəlmişəm, bu, normaldır. Amma digər qeyd olunan məsələlərə göz yummaq olmaz. Çünki çox ciddi siyasi məsələdir və qətiyyən yol vermək olmaz”. (modern.az)

Məqalədə : Partizan restoranı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
207

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
159

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1159

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
139

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
692

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
719

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
305
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 06:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru