Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
11:49
`Qoca` işində daha 50 nəfər dindiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fuad Hacıyevin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, ibtidai istintaq zamanı şahid kimi dindirilən şəxslər istintaq başa çatandan sonra cinayət işi materiallarında şahid kimi göstərilməyib.

Müdafiəçi şahidlərin məhkəməyə çağırılmasını və dindirilməsini istəyib.

Məhkəmədə məlum olub ki, həmin şəxslərin sayı 50 nəfərə yaxındır.

Dövlət ittihamçısı isə məhkəmədən dindirilməsi istənilən 50-yə yaxın şəxsin istintaqdakı ifadəsi ilə tanış olmaq üçün vaxt istəyib.

Məhkəmənın növbəti prosesi oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com