Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
11:10
Nazirlik bəzi şəhid ailələrinin 11 min manatlıq yardımla bağlı narazılığına münasibət bildirib

"Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb".

FaktXəbər bildirir ki, bunu "Report"a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bəzi şəhid ailələrinin narazılığına münasibət bildirərkən deyib.

O bildirib ki, əgər nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində şəhid hərbi qulluqçunun adı çıxmayıbsa, demək, onun ailə üzvləri birdəfəlik ödəniş alıblar: "Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib. Bu səbəbdən də həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra adları çıxmayan bəzi hərbi qulluqçuların qohumları buna etiraz ediblər. Narazı olan şəxslər hər iki quruma, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həm də Dövlər Sığorta Kommersiya Şirkətinə müraciət edə bilərlər. Şikayətlər araşdırılacaq".

Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Məqalədə : şəhid ailələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53370

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51553

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53028

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52708

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58093

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52391

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52767
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-11-2020 18:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru