Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2018
14:29
Badamdardakı sürüşmə görə xüsusi qərargah yaradılıb

"Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Badamdardakı sürüşmə ərazisində xüsusi qərargah yaradılıb".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sürüşmə zonasında keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qərargah bu gündən fəaliyyətə başlayıb: "Sürüşmə oktyabrın 1-də müşahidə olunub və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq orqanlar məlumatlandırılıb. Mütəmadi olaraq biz hər gün müşahidələr aparırıq və bu gün prosesdə aktivlik gərgin vəziyyətə gəldi. Sürüşmə eni 300 metr olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəlilədi. Yamac boyu, təxminən, 11 yaşayış evi və asfaltın alt hissəsində iki iaşə obyekti var. Dünən axşam sakinlər müvafiq orqanlar tərəfindən xəbərdar edildilər və bütün kanalizasiya sistemi dayandırıldı. Su, qaz, işiq üçün orqanlara xəbərdarlıq edildi ki, təhlükə yaranmasın. Hazırda müşahidələr davam etdirilir. Sürüşmənin xəritəsi dünən hazırlanıb. Nə qədər ərazini əhatə edir və nə qədər yaşayış obyektinə xələl dəyəcəyi haqqında müfəssəl məlumat hazırlayıb Nazirlər Kabinetinə təqdim etdik, onlar tərəfindən də müvafiq orqanlara paylanıldı. Prosesdə hələ gərginlik var. Burada ilk sürüşmə 2012-ci ildə baş verib. Həmin vaxt istinad divarları tikilmişdi. Növbəti gərginlik bu ayın əvvəlindən başladı". (report.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
167

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
180

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 23:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru