Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
15:55
4822
Gəncə hadisələrinə görə axtarılan şəxs Moskvada saxlanıldı

Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs Rusiya paytaxtı Moskvada saxlanılıb.

Adı açıqlanmayan 34 yaşlı şəxs İnterpol xətti ilə iyul ayından axtarışda olub.

“Oktyabrın 11-i səhər saatlarında Moskvanın “Arxitektor Vlasov” küçəsində bu ilin iyul ayından bəri Azərbaycan Cinayət Məcəlləsinin “Terrorizm”, “Qəsdən adam öldürməyə cəhd”, “Qanunsuz silah dövriyyəsi”, “Dövlət qulluqçusunun həyatına qəsd”, “Hakimiyyəti zorla ələ keçirməyə cəhd” və s. maddələri ilə axtarışda olan 34 yaşlı vətəndaş saxlanılıb. Onun iyul ayında Gəncədə baş verən hadisələrlə bağlılığı var”,- deyə məlumatda bildirilib.

Onun saxlanılması barədə Azərbaycan tərəfi də məlumatlandırılıb.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Gəncə hadisələri ilə bağlı sonuncu açıqlamasında demişdi ki, indiyə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

"Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib", - Z.Qaralov vurğulayıb.(modern.az)

Məqalədə : Gəncə hadisələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
10

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
680

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1253

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1161

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3379

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
762
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 15:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru