Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
15:39
ABŞ ordusundan 500 miqrant qovulub

ABŞ rəhbərliyi ötən il ərzində xidmətləri qarşılığında vətəndaşlıq prosedurlarının sürətləndirilməsi sözü verilən 500-dən çox miqrant hərbçini ordu sıralarından xaric edib. FaktXəbər bildirir ki, bu barədə "Associated Press" agentliyi (AP) məlumat yayıb. 

Ordu tərəfindən keçən ay yerli məhkəməyə təqdim olunan siyahıda, 2017-ci il iyul ayından 2018-ci ilin iyul ayına qədər proqram çərçivəsində işə götürülən 502 qaçqının ordudan çıxarıldığı qeyd olunub. Onların ordudan xaric edilmə səbəbi hərbi qeydiyyatdan keçməyi rədd etmələri göstərilib.

Qeyd edək ki, ABŞ ordusuna 2016-cı ildə tələbə vizası kimi ölkədə hüquqi statusa malik olanlardan 5 mindən çox miqrant daxil edilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : amerikalı hərbçilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 14:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com