Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
14:41
3593
Bakıda 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.

DİN-dən FaktXəbər-ə verilən məlumata görə, araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Məqalədə : oğurluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
679

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1251

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1161

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3377

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
762

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
594
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 14:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru