Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
13:30
3529
Kürdlər Suriyada 3 əcnəbi terrorçunu ələ keçirib

Kürdlərin «Xalq özünümüdafiə bölmələri» İŞİD-in bir neçə əcnəbi terrorçunu girov götürüb. FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı Suriyanı tərk etmək istəyən 3 terrorçu saxlanılıb.

Onlardan biri Almaniya vətəndaşı Dirk Rixard Pleyldir. O, 2015-ci ildə Türkiyədən keçməklə Suriyaya gəlib. Qruplaşmada həkim-protezçi kimi işləyib, həmçinin İŞİD-in əməliyyatlarında iştirak edib.

Digəri Kanada vətəndaşı Məhəmməd Əlidir. Özünə Əbu Turab Kanadi ləqəbini götürən terrorçu təşkilatda snayper kimi fəaliyyət göstərib. Bundan başqa yeni yaraqlıların hazırlanması ilə məşğul olub. 2014-cü ildə Kanadanın Ottava şəhərində  Əli sosial şəbəkələrdə öz səhifələrdə müraciət edərək insanları belə addım törətməyə  və Suriyaya gəlməyə çağırıb (Onun təşkilatçılığı ilə  Torontodan Suriyaya bir qrupp İŞİD tərəfdarı gedib).

Daha bir terrorçu isə Türkiyə əsilli Almaniya vətəndaşı Ergün Orxandır. O, 2015-ci ildə sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxslər vasitəsi ilə Suriyaya gəlib və Carablus, həmçinin Rəqqa döyüşlərində iştirak edib.

İŞİD əvvəllər ələ keçirdikləri torpaqlardannəzarəti itirdikdən sonra , terrorçulardan bəziləri qaçmaq qərarına gəlib. Xüsusən bu əcnəbilərə aiddir.

KİV-də yayılan məlumatda deyilir ki, bəziləri kifayət qədər rüşvət verdikləri halda  «Suriya Demokratik Qüvvələri» onların Suriyadan Türkiyəyə maneəsiz keçməyə şərait yaradır. 

Məqalədə : İŞİD 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
2074

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
684

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1257

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1164

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3384

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
765
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 15:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru