Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
16:43
12681
İmtahanlarda ingilis dilindən dinləmə bacarığı mütləq yoxlanılacaq -RƏSMİ

“Şagirdlər kurikulum əsasında təhsil alıblar. İmtahanlar da bu sistemin tələblərinə cavab verməlidir. Tələblərdən biri də budur ki, xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın”. Bu sözləri İctima Tv-ə açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar  Xanlarzədə deyib. Onun sözlərinə görə, ənənəvi imtahan sistemi ilə yeni tətbiq olunacaq buraxılış imtahanı arasındakı əsas fərq fənlərin siyahısına ingilis dilinin əlavə olunmasıyla bağlıdır:

“Bu fəndən şagirdə 15 sual təqdim olunacaq. 6 sual dinləmə mətni əsasında tərtib olunacaq. Şagird müəyyən mətni dinlədikdən sonra tapşırıqları cavablandıracaq. Şagirdlər kurikulum əsasında təhsil alıblar. İmtahanlar da bu sistemin tələblərlərinə cavab verməlidir. Tələblərdən biri də budur ki, xarici il üzrə dinləmə bacarıqları yoxlanılsın.

İmtahanlarda açıq tipli tapşırıqlardan istifafə olunacaq. Açıq tipli tapşırıqda şagird suala özü cavab verəcək”.

Xanlar Xanlarzədə qruplar üzrə əsas fənləri də sadalayıb:

“I ixtisas qrupunda əsas fənlər Fizika və  Riyaziyyatdır. Hər iki fənn üzrə maksimal bal 300-dür. II ixtisas qrupunda Riyaziyyat və Coğrafiya, III ixtisas qrupunda Azərbaycan dili və Tarix, IV ixtisas qrupunda isə Kimya və Biologiya əsas fənlər hesab olunur. V ixtisas qrupuna hazırlaşan abituriyentlərin qəbul imtahanı verməsinə ehtiyac yoxdur. Onlar buraxılış imtahanının nəticələri əsasında qabiliyyət imtahanında iştirak etməklə ali məktəbə qəbul oluna bilərlər”

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni modelə uyğun sınaq imtahanı keçirilsə də, imtahanın  nəticələrini o qədər də qənaətbəxş hesab etmək olmaz. Bu sistem özündən öncəki qəbul modelindən tamamilə fərqləndiyindən mütəxəsislər tərəfindən abituriyentlərin gələn ilki  qəbul imtahanlarında aşağı nəticə göstərəcəkləri proqnozlaşdırılıb.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Məqalədə : xarici dil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
2076

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
684

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1257

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1164

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3384

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
766
Mövzu üzrə xəbərlər
Şərhlər
Tarana Gurbanova tərəfindən 11-10-2018 11:39:17 tarixində yazıldı
Salam
Bu qerarlari qebul eden shexs kurrikulum sisteminin hansi veziyyetde olmasindan xeberdardirmi? Hansi dovlet mektebinde linqofon otaqlari var? Lap gulmelidir. Yoxsa yalniz ozel mekteblerde oxuyan ve ya repetitor yanina geden shagirdler ali mektebe qebul olunmalidir? Mence valideynler indiden kurrikuluma uygun ders kecirilmesini teleb etmelidir ya da...Hamiya bellidir ki neticeler nece olacaq.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 15:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru