Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2018
16:44
2828
`Kölgə iqtisadiyyatının qarşısını almaq lazımdır`

"Azərbaycanın vergi-gömrük sistemində köklü islahatlara ehtiyac var. İslahatlar aparmaq lazımdır ki, insanlar kifayət qədər vergi və rüsum ödəsinlər, kölgə iqtisadiyyatı olmasın".

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin kölgə iqtisadiyyatı ilə bağlı dediklərini şərh edərkən bildirib. 

“Kölgə iqtisadiyyatı bütün dünyada, o cümlədən Azərbaycanda da var. Amma onun qarşısını almaq lazımdır. Bunu Prezident ötən gün Nazirlər Kabinetinin iclasında da qeyd etdi. Dövlət başçısı bu məsələyə xüsusilə vergi və gömrük sahəsinin müzakirəsi zamanı toxundu. Uçotdan yayınma, qeyri-rəsmi məşğulluq və s. hallar kölgə iqtisadiyyatı üçün şərait yaradır və insanlar vergi və rüsumları ödəmək istəmirlər. Odur ki, vergi-gömrük sistemində islahatlar aparılmalıdır. Bu məsələdə sağlam rəqabətin olması da böyük rol oynayır. İnhisarçılıq olmamalı, həm vergi, həm də gömrük orqanlarında şəffaflıq təmin olunmalı, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə daha da sərtləşdirilməlidir. Bütün bu kompleks tədbirlər kölgə iqtisadiyyatını müəyyən qədər aradan qaldıra bilər", - deyə o qeyd edib. 

Xatırladaq ki, Prezident İlham Əliyev də müşavirədə Azərbaycanda kölgə iqtisadiyyatının payının kəskin azaldılması üçün ciddi addımlar atıldığını bildirib: "Bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100% nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır". 

Məqalədə : kölgə iqtisadiyyatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
1726

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
683

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1256

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1164

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3384

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
765
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 15:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru