Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2018
15:29
Şimali Koreya lideri Papanı ölkəsinə dəvət etmək istəyir

Şimali Koreya lideri Kim Çen In katoliklərin başçısı Papa Françeskonu ölkəsinə dəvət etmək istəyir. 

FaktXəbər-in məlumatına görə, Cənubi Koreya prezidentnin ofisindən bildiriblər ki, Kim keçən aykı zirvə görüşü zamanı Cənubi Koreya prezidenti Mun Jae İnə, Papanın ölkəsini ziyarət etməsini sevinclə qarşılayacaqlarını deyib.

Açıqlamada prezident Munun Şimali Koreya liderinin bu arzunu oktyabrın 18-də Vatikana edəcəyi səfərdə Papaya çatdıracağı qeyd edilir.

Şimali Koreya lideri son bir il ərzində ölkəsinin nüvə proqramı və uzaqmənzilli balistik raket sınaqları ucbatından üzləşdiyi beynəlxalq iqtisadi embarqo, diplomatik təzyiq və sanksiyaları yüngülləşdirmək məqsədilə diplomatik səylərə sürət verib.

Xatırladaq ki, Şimali Koreya rəhbərliyi ölkədəki bütün dini fəaliyyətləri qadağan edib. 2000-ci ildə keçirilən Koreyalararası Zirvədən sonra Kimin atası, dövrün Şimali Koreya lideri Kim Çen İl Papa II İohan Paveli ölkəsinə dəvət etmişdi. Vatikan isə həmin dövrdə Şimali Koreyada katolik keşişlərin fəaliyyətlərinə icazə verilmədiyi halda belə bir səfərin mümkün olmayacağı cavabını vermişdi.

Məqalədə : Şimali Koreya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53370

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51548

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53028

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52703

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58093

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52391

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52767
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-11-2020 18:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru